Ərdoğan S-400-ləri almaq səbəblərini AÇIQLADI
Gündəm
12:28 30 sen, 2021
Əgər ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400-ləri almaq məcburiyyətində qalmayacaqdı.

Bunu “Nyu-York Tayms”a müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Düşünürəm ki, buna dəyərdi. Biz müdafiəmizi gücləndirmək haqqına sahibik”, – Ərdoğan bildirib.
O, Ankaranın Vaşinqtonla münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu söyləyib.