Bakı 10˚C Mostly sunny

Erməni ekspert: “Bu, artıq Qarabağda yeni oyunun təzahürləri olacaq”

Siyasət 19:02 16 okt, 2021

Ağrı ilə deməyə cəsarət edirəm ki, bu, artıq Qarabağda yeni oyunun təzahürləri olacaq

Erməni ekspert: “Bu, artıq Qarabağda yeni oyunun təzahürləri olacaq”

“Azərbaycan rəsmi olaraq belə bir tezisi dövriyyəyə qoydu ki, rus sülhməramlıların nəzarət zonasında erməni silahlı bandaları var, bu bandalar onlar istiqamətində atəş açıb, onlar tərksilah edilməlidir”. Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun rəhbəri Styopa Safaryan yazıb.

Onun sözlərinə görə, Bakıdan gələn bu tezis hansı hədəfin vurulduğunu göstərib: ruslarla ermənilərin arasını vurmağa çalışmaq və Qarabağdakı ermənilərin tərksilah edilməsi məsələsini ortaya qoymaq.

“Ağrı ilə deməyə cəsarət edirəm ki, bu, artıq Qarabağda yeni oyunun təzahürləri olacaq”, - deyə Safaryan qeyd edib.