Bakı 5˚C Showers

Erməni əsilli yumor ustası ona qarşı tətbiq edilən sanksiyaları ələ saldı

Gündəm 03:22 11 yan, 2023
Erməni əsilli yumor ustası ona qarşı tətbiq edilən sanksiyaları ələ saldı

Rusiyanın erməni əsilli yumor ustası Ukrayna tərəfindən ona qarşı tətbiq edilən sanksiyalara münasibət bildirib.

Rusiya KİV-ləri rusiyalı yumor ustası Yevgeni Petrosyanın Ukraynanın ona qarşı tətbiq edilən saksiyalara cavab olaraq kinli lətifəsi barədə məlumat verib.

Qazet.az xəbər verir ki, bu barədə "News.ru" nəşri məlumat yayıb.

Bu lətifə Ukrayna prezidenti Vladimir Zelenski ilə uydurulmuş dialoqdan ibarətdir.

Belə ki, guya, ona şəxsi heyət və texnikada böyük itkilər haqqında məruzə edilir və nə etmək barədə soruşulur. Uydurmanın mahiyyəti vəziyyətdən çıxmağın cəfəngiyyatındadır.

Lətifə belədir: "Zelenskiyə məruzə edilir: "Vladimir Aleksandroviç, ruslar Soledara daxil olub, Baxmutu mühasirəyə alır. Bizim şəxsi heyət və texnikada böyük itkilərimiz var. Nə edək?" - lətifədə deyilir.

"Petrosyana qarşı sanksiyalar tətbiq edin", - Zelenski cavab verir.

Bu lətifənin yumor ustasının Rusiyada qadağan edilmiş "İnstagram" səhifəsində dərc edildiyi, daha sonra çıxarıldığı deyilir.

Xatırladaq ki, bu günlər Ukraynada Rusiyanın qonşu dövlətə qarşı hücumuna dəstək verən 119 mədəniyyət xadiminə qarşı sanksiyalar tətbiq edilib.

Onların arasında olan Filip Kirkorov və Lolita Milyavskaya özlərinə məxsus təzdə "qara siyahı"ya salınmaqlarına münasibət bildirib.