Bakı 9˚C Showers

Erməni idmançı restoranda dava salıb

İdman 17:30 27 sen, 2021

İdmançı ətrafdakı insanların müdaxiləsindən sonra sakitləşib

Erməni idmançı restoranda dava salıb

Kikboksinq üzrə Dünya Kubokunun gümüş mükafatçısı, erməni məşqçi Xaçatur Malxasyan Rusiyanın Ulyanovsk şəhərindəki restoranlardan birində dava salıb.

Qazet.az-ın "Treş Ulyanovsk" teleqram kanalına istinadən məlumatına görə, insidentin görüntüləri təhlükəsizlik kameralarına düşüb.

Kadrlardan görünür ki, idmançı ilə ziyarətçilərdən biri arasında münaqişə baş verib və nəticədə Malxasyan yumruqla həmin şəxsin sifatinə zərbə endirib. Kikboksçu daha sonra ona şillə vuran qıza hücum çəkmək istəsə də, ətrafdakı insanların müdaxiləsindən sonra sakitləşib.

Malxasyan xəsarət yetirdiyi şəxsin onu milli zəmində təhqir etdiyini və itələdiyini bildirib.

Faktla əlaqədar cinayət işi açılıb. Erməni məşqçi qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur.