Bakı 2˚C Mostly cloudy

Erməni kişinin 30 il sonra səsləndiyi azərbaycanlı görün kim imiş - VİDEO

Cəmiyyət 10:16 21 sen, 2022
Erməni kişinin 30 il sonra səsləndiyi azərbaycanlı görün kim imiş - VİDEO

Zəngəzur mahalının Qafan rayonunda yaşayan yaşlı erməninin bir zamanlar qonşusu olduğu, sonradan isə evinə məskunlaşdığı Səməd Qarayevə salam göndərməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Qoca erməni öz dili ilə deyir ki, "ağacların barı-bəhəri də sizinlə gedib".

Qazet.az xəbər verir ki, videoda adı çəkilən Səməd Qarayevin ailəsi tapılıb. 

Sosial şəbəkələrdə yayılan bu video Zəngəzurun Qafan rayonunun Mahmudlu kəndində çəkilib. Videoda hazırda orada yaşayan erməni bir zamanlar qonşusu olmuş Səməd Qarayevə ismarıc göndərir. 

Daha sonra yaşlı erməni yaxınlıqdakı evini göstərərək deyir ki, "bu, Səməd Qarayevin evidir". 

Qarayevlər ailəsindən hazırlanmış videoreportajı təqdim edirik: