Bakı 23˚C Intermittent clouds

Erməni mediası: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” - VİDEO

Gündəm 16:59 24 yan, 2022

Yaxın zamanlaradək heç kim erməni kilsəsini “Həvari kilsəsi” adlandırmırdı

Erməni mediası: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” - <span style="color:red">VİDEO</span>

“Vmedia” yutub-kanalı növbəti əfsanə haqqında “Erməni Həvari Kilsəsi” adlı yeni videoçarx hazırlayıb.

Qazet.az-ın xəbərinə görə, filmin müəllifləri bildirirlər ki, yaxın zamanlaradək heç kim erməni kilsəsini “Həvari kilsəsi” adlandırmırdı: "Hətta erməni tarixçiləri belə onu “Erməni-Qriqoryan” və ya sadəcə “Qriqoryan” kilsəsi adlandırırdılar. Bu səbəbdən, yeni videoçarxın məqsədi IV əsrdə əsası qoyulmuş erməni kilsəsinin necə “Həvari kilsəsi”nə çevrildiyini və bunun düzgün olmadığını sübut etməkdir".

“Qarşımızda dünya ictimaiyyətini aldadan daha bir feyk var. Təəssüf ki, bu, inandırıcı bir yalandır, çünki hamıya elə gəlir ki, “kilsənin rəsmi adında feyk ola bilməz”, - kanalın müəllifləri qeyd edirlər.

Mənbə