Erməni Ombudsman yenə öz ampluasında
O, sosial şəbəkələrdə yalanları ilə diqqət çəkməyə çalışır.
Qəzet.az xəbər verir ki, Qondarma Dağlıq Qarabağ Respublikasının Ombudsmanı Geqam Stepanyan sosial şəbəkələrdə paylaşdığı yalanlarla dolu postları ilə dünya gündəmində qalmağa çalışır. Bir neçə saat əvvəl onun "Twitter"-də paylaşdığı postunda o qeyd edib ki, Dağlıq Qarabağda yaşayan uşaqlar da başqa uşaqlar kimi qayğı, dəstək, qidalanma və təhlükəsiz həyata layiqdir.
Guya onların bu haqqını Azərbaycan əllərindən alıb. O, uşaqların "mühasirə" səbəbindən 24 saat valideynlərindən ayrı qaldğını iddia edib. Azərbaycana şər atmaqla dünyanın diqqət mərkəzində qalmağa çalışan qondarma respublika ombudsmanı bundan əvvəlki postlarında guya Azərbaycanın Dağlıq Qarabağı mühasirəyə alaraq əhalinin ərzaqla təminatının qarşısını aldığını da fərz edib.
Like all other children, Artsakh children also deserve love and support, nutrition, safety, and security.
— Gegham Stepanyan (@Gegham_Artsakh) January 3, 2023
BUT!!!
Due to the Artsakh blockade by Azerbaijan, hundreds of families are now separated, and children have not seen their parents for almost 24 days.
OPEN THE ROAD OF LIFE! pic.twitter.com/NUgLyppVJW
Onun sonuncu postunu diqqətinizə çatdırırıq: