Erməni ordusu Sünikdə 25 kilometr geri çəkilib - Sabiq mer detalları açıqladı
Sabiq erməni mer Sünikdə ordunun geri çəkilməsi detallarını açıqlayıb
Ermənistanın Sisiyan rayonunun keçmiş meri Artur Sarkisyan həbsdən çıxdıqdan sonra sərhəddə baş verən hadisələrin detallarını açıqlayıb.
Qazet.az xəbər verir ki, o, Sünik vilayətində qoşunların tapşırıq əsasında və qorxudan geri çəkildiyini bildirib. Sarkisyanın sözlərinə görə, 17 dekabr 2020-ci il tarixdə Ermənistanın keçmiş Müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa gəlib:
"O, bizimlə görüşdə bütün bələdiyyə sərdlərinə göstəriş verdi ki, 18 dekabr saat 17:00-a kimi bütün könüllü dəstələr və ordu birləşmələrinin üzvləri tutduqları mövqeləri tərk etsinlər. Biz ona dedik ki, üçtərəfli razılaşmaya əsasən, ordu nəzərdə tutulmuş yerlərdə qərarlaşıb. Bizim bütün sualımız ondan ibarətdir idi ki, axı niyə geri çəkilməliyik? Bir halda ki, 10 noyabr razılaşmasında qoşunların olduqları yerdə dayanması qərarlaşıdırlmışdısa, niyə geri çəkilməliydik? Nazir cavabında bildirdi ki, o məsələdən xəbərsizdir, lakin qoşunlar mövqelərini tərk etməlidir”.
Keçmiş mer bildirib ki, Ermənistan hakimiyyəti xalqı aldadır. Onun sözlərinə görə, Sünik vilayətində Ermənistan ordusu 3-4 km deyil, bəzi yerlərdən 25 km geri çəkilib:
"Bəzi yerlər var idi ki, Ermənistan ordusu 25 km geri çəkildi. Bu gün də həmin mövqelər Azərbaycanın nəzarəti altındadır”.