Erməni özlərinin basdırdığı minaya DÜŞDÜ
Gündəm
14:31 04 okt, 2022
![Erməni özlərinin basdırdığı minaya DÜŞDÜ](https://qazet.az/resized/fit900x500/center/pages/109497/1664877408-mina-bomb-080414.jpg)
Ermənistanın Geqarkunik rayonunda 31 yaşlı Suren L. həmyerlilərinin basdırdığı minaya düşərək xəsarət alıb.
Qazet.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 20:00 radələrində Çəmbərək xəstəxanasından rayon polis şöbəsinə sağ ayağından yaralanan xəstə ilə bağlı məlumat daxil olub.
Polis hadisənin saat 18:00 radələrində baş verdiyini müəyyən edib. Məlum olub ki, yaralı şəxs minanın partlaması nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı cinayət işi başladılıb.