Erməni politoloq: “Biz PUA mövzusunda ən zəif vəziyyətdəyik”
Erməni siyasi şərhçi Mher Hakobyan texniki təchizatın olduqca baha texnikadan asılı olduğunu bildirib
Ermənistan Müdafiə Nazirliyində həyata keçirilən 2021-ci il struktur dəyişiklikləri planına əsasən, Ermənistan Silahlı Qüvvələrində yeni PUA-lara qarşı mübarizə bölüyü yaradılacaq.
Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Mher Hakobyan texniki təchizatın olduqca baha texnikadan asılı olduğunu bildirib.
“Əgər bu texnikanı ala bilməsək, orqan nə qədər enerjili olsa da, vacib nəticə göstərə bilməyəcək”, - deyə o qeyd edib.
“Ermənistanda PUA-ların istehsalına yönəlmiş kifayət qədər iş aparılır?” sualına Hakobyan belə cavab verib: “Mən nikbin deyiləm və geniş iş aparıldığını düşünmürəm”.
Onun sözlərinə görə, Ermənistan uzaq məsafə qət edən PUA-ya sahib deyil, rəqibin səngərindən bir kilometr dərini izləyəcək, geri qayıdacaq PUA-ya sahibdir.
“Ən sadə PUA birbaşa olaraq hansısa əraziyə düşən kamikadze PUA-larıdır. Biz bu baxımdan ən zəif vəziyyətdəyik”, - deyə Mher Hakobyan qeyd edib.