Erməni qiz-gəlinlərini zorlayan erməni “qəhrəman”
Erməni qiz-gəlinlərini zorlayan erməni “qəhrəman”
Ermənilər hətta öz millətindən olan qadınlara qarşı da vəhşilik ediblər.
Qazet.az saytının məlumatına görə, Vitali Balasanyan ötən həftə qondarma “təhlükəsizlik şurasının katibi vəzifəsi”ndən uzaqaşdırılıb.
Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub.
90-cı illərdə , Qarabağdakı mülki erməni əhaliyə qarşı qəddarlığa Vitali Balasanyan və Emənistanın keçmiş prezidenti Serj Sarkisyan başçılıq edirdi. Belə ki, onlar kəndlərə, rayonlara gedərək, azərbaycanlılara qarşı muharibəyə qoşulmayan dinc ermənilərin arvadlarını, qızlarını, gəlinlərini elə öz gözlərinin qarşısında zorlayırdılar. Ya da oğurlayıb özlərilə aparırdılar. Bu cür yollarla məcbur edirdilər ki, mülki ermənilərin hamısı müharibəyə yazılsın, halbuki, o zaman onların çoxu döyuşmək istəmirdi. Qarabağın dinc erməni əhalisi azərbaycanlılarla birgə yaşamaq istəyirdilər.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, nə qədər ki, Qarabağda belə separatçılar qalır, mülki ermənilər heç vaxt qorxudan Azərbaycan vətəndaşlığını qəbul etməyə razı olmayacaqlar.