Erməni səfir azərbaycanlı fəallara şər atdı
Gündəm
11:37 09 yan, 2023
Ermənilər şər-böhtan kampaniyasına davam edir.
Qazet.az xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycanlı fəallara şər atdı. O bu haqda iddilarını "Twitter" sosial şəbəkəsində paylaşıb. Özünün postunda qeyd edib ki, guya Azərbaycanlı ekoloji fəallar Laçın dəhlizində 27 gündür dayanan Azərbaycan əsgərlərini alqışla qarşılayıb, guya Qarabağda 120 min erməninin isə aclıq keçirməsini "bayram" edib.
Qeyd edək ki, bundan əvvəl BBC.com və Frans Press Agentliyi də oxşar mövzuda məlumatlar dərc edib dünya gündəmini Azərbaycan haqqında yanlış məlumatlarla məşğul etmişdi.