Erməni separatçı Xankəndidə qumbara partlatdı: 1 nəfər yaralandı
Qazet.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə qondarma rejimin “daxili işlər nazirliyi” məlumat yayıb.
“Oktyabrın 12-də saat 12:30 radələrində Maştots küçəsi 5a ünvanında yerləşən Stepanakert şəhər sakini “Artsax Respublikası Daxili İşlər Nazirliyi”nin Stepanakert Şəhər Polis İdarəsinə zəng edərək hadisəni törədən 1990-cı il təvəllüdlü H.H.-nın oğlu olduğunu bildirib.
Atanın sözlərinə görə, H.H. tarazlığı pozulmuş vəziyyətdədir və ətrafındakılar üçün təhlükə yaradır”, – deyə məlumatda qeyd olunub.
Qondarma rejimin prokurorluğundan verilən məlumata görə isə “polis” dərhal qeyd olunan ünvana gəlib. H.H. qanunsuz saxlanılan qumbaranı döyüş rejiminə gətirərək partladacağı ilə hədələyib və bundan sonra əlindəki qumbara ilə qaçıb.
"Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:20 radələrində H.H. Xankəndi şəhərinin “Biz və dağlarımız” abidəsinə gedən yol istiqamətində tapılıb.
“Polis əməkdaşları” təhlükənin qarşısını almağa çalışıblar. Bu zaman sonuncu “polis”ə qumbaranı ataraq partladıb, nəticədə polis əməkdaşı L.B. qəlpə yaraları alaraq xəstəxanaya çatdırılıb.
Cinayəti törətmiş şəxs polisə gətirilib, təxirəsalınmaz istintaq və digər məhhəmə tədbirləri davam etdirilir" - deyə qeyd olunub.