Erməni tabor komandiri Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı - VİDEO
Həmin video-görüntüləri “Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb
Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
Qazet.az xəbər verir ki, həmin video-görüntüləri “Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
Bu kadrları yaymaqda erməni zabitin məqsədi guya “Vəng” batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır...