Erməni təxribatının səbəbkarı İrandır - Fransız politoloq
Siyasət
13:11 16 okt, 2021
Ermənistan tərəfi atəşkəs şərtlərinə əməl etməyib və bu, çox ciddi bir məsələdir
Erməni hərbçiləri belə bir addım atıbsa, deməli, Ermənistan tərəfi atəşkəs şərtlərinə əməl etməyib və bu, çox ciddi bir məsələdir.
Qazet.az xəbər verir ki, bu sözləri axar.az-a fransız ekspert Naim Asas Ermənistanın Qarabağdakı son təxribatları barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu cür təxribat son dərəcə təhlükəli olduğu üçün Azərbaycan hakimiyyəti Rusiya və Türkiyədən müdaxilə etməsini istəməlidir:
"İran qoşunlarının Azərbaycan sərhədləri tərəfdə hərəkətliliyinin bu məsələdə çox böyük əhəmiyyəti var. Belə bir təxribatın arxasında başqa bir müharibəyə başlaya biləcək görünməz əllərin dayandığı güman edilir", - deyə fransız mütəxəssis bildirib.