Bakı 26˚C Sunny

Ermənilər yarışma öncəsi Azərbaycan dilində paylaşım edib kömək istədilər - FOTO

Gündəm 14:42 17 dek, 2021

Müsabiqədə ölkəmizi Sona Əzizova “One of Those Days” (O günlərdən biri) mahnısı ilə təmsil edir

Ermənilər yarışma öncəsi Azərbaycan dilində paylaşım edib kömək istədilər - <span style="color:red">FOTO</span>

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə baş tutacaq 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.

Qazet.az xəbər verir ki, üsabiqədə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Müsabiqədə ölkəmizi Sona Əzizova “One of Those Days” (O günlərdən biri) mahnısı ilə təmsil edir.

Təmsilçimizin favoritlər sırasında göstərildiyi müsabiqədə Ermənistan Malenanın “Qami qami” mahnısı ilə iştirak edir.

Sosial şəbəkələrdə isə ermənilər artıq təmsilçilərinin təbliğatını aparmağa başlayıblar. Belə ki, erməni istifadəçilər hətta Azərbaycandan belə səs istəyiblər.

“Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!”, - deyə sosial şəbəkədə erməni istifadəçilərdən biri yazıb.