Ermənilərdən ibarət oğru şəbəkəsi zərərsizləşdirildi
Polis Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət dəstəni saxlayıb
Fransa polisi Üç ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirilib.
Qazet.az xarici mediaya istinadən məlumat verir ki, hadisə Fransada qeydə alınıb. Polislər cinayətkar şəbəkənin oğurladıqları malları gizlətdiyi yeri müəyyən ediblər.
Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilib.
Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib.
1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.
Məhkəmə yanvar ayına təyin edilib.
Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.