Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT
Üçtərəfli bəyanata görə onlar tərkisilah olunmalıdır
Son günlər internetdə separatçılara aid bir video yayılıb. Belə ki, Azərbaycanın Qarabağ İqtisadi Rayonunun Rusiya sülhməramlılarının müvəqətti məsuliyyət zonasına aid hissədində qanunsuz erməni silahlılarının hərbi təlimi baş tutub.
Hər halda görüntülərin yayılma tarixinin göstərilməməsi ilk təəssürat olaraq bu fikiri yaradır.
Qazet.az bildirir ki, üçtərəfli bəyanata görə onlar tərkisilah olunmalıdır:
“Əgər təlim baş veribsə, sözün əsl mənasında bu, Azərbaycanın suverenliyinə qarşı çevrilmiş təxribatçı bir hərəkətdir. Üçtərəfli bəyanatın 4-cü bəndində separatçıların ərazidən çıxarılması, tərkisilah olunması şərti olduğu halda, qanunsuz erməni hərbçilərinin həmin ərazidə qalması, üstəlik təlim keçirməsi böyük bir skandaldır”, – deyə yayılan xəbərə münasibət bildirən eks dövlət müşaviri Qabil Hüseynli əlavə edib ki, belə qanunsuzluqların edilməsi Azərbaycanın suverenliyinə qarşı avantüradır.