Bakı 20˚C Mostly cloudy w/ showers

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Gündəm 18:13 11 mar, 2022

Tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar edilib

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Tapılan 1 avtomat, 1 Faqot, 13 müxtəlif növ qumbara, 25 müxtəlif növ mərmi, 20 avtomat darağı, 4752 müxtəlif çaplı patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.