Bakı 20˚C Sunny

Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək

Gündəm 19:11 12 mar, 2022

Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərinin bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub

Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-2” MMC-dir.

Qalib şirkətə 3,5 milyon manat ödəniləcək.