Ermənilərin PUA qorxusu - Paşinyan KTMT-dən nə istədi?
Paşinyan KTMT-dən yardım istədi
Paşinyan bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla (PUA) silahlandırılmalıdır.
Qazet.az-a Sputnik-ə istinadən xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən sammitində çıxış edib.
KTMT sədrliyinin Ermənistana keçdiyinə diqqət çəkən Paşinyan bildirib ki, bununla əlaqədar olaraq tərəflər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. Onun sözlərinə görə, bu, quruma üzv dövlətlərin maraqlarına toxunan məsələlərin razılaşdırılmış həlli yollarını müəyyənləşdirməyə imkan verər.
"Biz, xüsusən də xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk", – deyə, o vurğulayıb.
O da bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.
Qeyd edək ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin sammiti keçirilir. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb.
Xatırladaq ki, KTMT-nin növbəti iclası 2022-ci ilin sonunda Yerevanda keçiriləcək.