Bakı -11˚C Rain and snow

Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verdi

Gündəm 11:10 05 dek, 2022
Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verdi

“Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərə aid qalıqları təhvil verib”.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfi həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Sözügedən xəritələrdə həlak olmuş daha 4 şəxsin harada dəfn olunduğu barədə məlumatların yer aldığı bildirilib.

Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı hələlik məlumat yaymayıb. 

Qaynaq