Ermənistan Bakı ilə sülh müqaviləsinin vacibliyini bəyan edir
Gündəm
02:08 26 okt, 2022

Ermənistan mətbuatına politoloq Stepan Danielyan bildirib ki, İrəvan və Bakı arasında Qərb və Şərq üçün mümkün fəsadları nəzərə alan sülh müqaviləsi hətta Ukrayna məsələsindən də böyük geosiyasi əhəmiyyət kəsb edir.
Qazet.az xəbər verir ki, Danielyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsini Qərblə Rusiya arasında qarşıdurma meydanına daşımaqla vaxt udmağa ümid edir.
“Qərb kifayət qədər səriştəli hərəkət edir, yumşaq gücdən yaxşı istifadə edir, ictimai strukturlarla, media ilə işləyir, pul yatırır, müəyyən ictimai rəy yaradır. Eyni zamanda, Rusiyanın bu fonda nə etdiyi tam aydın deyil”, - erməni politoloq vurğulayıb.