Ermənistan baş nazirinin müavini: Bu xətt ona görə vacibdir ki...
Gündəm
16:05 09 dek, 2021
Ermənistan baş nazirinin müavini aparılan müzakirələr barədə açıqlama verib

“Azərbaycanla dəmir yolu əlaqəsindən istifadəyə dair ümumi yanaşmalar var”.
Qazet.az xəbər verir ki, məsələ barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan danışıb.
“Açığını deyim, dəmir yolu ilə bağlı ümumi yanaşmalar var. Çünki bizim danışıqlarımız və müzakirələrimiz Arazdəyəndən Horadizə gedən dəmir yolu xəttinə dairdir. Bu xətt ona görə vacibdir ki, Arazdəyəndən İranla əlaqə qurmağa imkan verir və bu da Gürcüstan dəmir yolu ilə birləşən xəttdir” deyə Qriqoryan fikirlərinə əlavə edib.