Bakı 6˚C Dreary

"Ermənistan buna görə cavab verməlidir" - XİN

Siyasət 19:06 06 noy, 2021

Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” səhifəsindən paylaşım edib

"Ermənistan buna görə cavab verməlidir" - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” səhifəsindən Beynəlxalq müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə paylaşım edib.

Qazet.az-ın məlumatına görə, paylaşımda deyilir: “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir və Ermənistanın qanunsuz işğalı zamanı vurduğu böyük ziyandan narahatdır. Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir”.