Ermənistan dezinformasiya yaymaqla əməllərini gizlətməyə çalışır
Cəmiyyət
09:54 06 okt, 2022
Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qazet.az xəbər verir ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür.
Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.