Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu
Gündəm
04:12 25 dek, 2021
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Ermənistan-Gürcüstan sərhədində 2,4 bal gücündə zəlzələ baş verib.
“Qazet.az” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar Taşir icmasından 14 kilometr şimal-şərqdə (Lori rayonu) qeydə alıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə zəlzələnin gücü 3 bal olub.