Ermənistan hərbçiləri təlimlərə cəlb etdi
Gündəm
12:57 21 dek, 2021
“Təlim-məşq toplanışına 65-ə qədər vətəndaş cəlb olunacaq”

Ermənistanın Müdafiə nazirliyi ehtiyatda olan zabitlərin, kiçik rütbəli çavuşların təlim-məşqlərə cəlb edib.
Qazet.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
Təlimin müddəti 15 yanvar 2022-ci il tarixindən 15 aprel 2022-ci il tarixədək üç ay ərzində keçiriləcək.
"Təlim-məşq toplanışına 65-ə qədər vətəndaş cəlb olunacaq ki, onlardan 20-si tibb, 45-i isə mühəndis-texniki ixtisaslara malik sıravi kiçik çavuşlar və ehtiyatda olan zabitlər olacaq" - deyə KİV-lərdə yazılıb.