Bakı 23˚C Partly sunny

Ermənistan iqtisadiyyatının boğazı Azərbaycanın əlində - Ermənistan Baş nazirinin müavini Gorus-Qafandan danışdı

Siyasət 17:35 17 sen, 2021

Ermənistan iqtisadiyyatı nın boğazı Azərbaycanın əlində

Ermənistan iqtisadiyyatının boğazı Azərbaycanın əlində - <span style="color:red">Ermənistan Baş nazirinin müavini Gorus-Qafandan danışdı</span>

Ermənistan Baş nazirinin müavini Mxer Qriqoryan bildirib ki, əgər Gorus-Qafan yolu açılmasa bu, iqtisadiyyata təsirsiz ötüşməyəcək.

Qazet.az xəbər verir ki, Gorus-Qafan yolu son zamanlar İran seriyalı tırların yük daşımalarına görə gündəmə gəlib. Qanunsuz daşınmalardan dolayı bu yolda fəaliyyət göstərən Azərbaycan polisi artıq yüklərin yoxlanmasına başlayıb.

Mxer Qriqoryan düşünür ki, alternativ yollar tapılarsa bu zaman marşrutun balanslaşdırılması da həyata keçə bilər.

"Ancaq ümid edirəm ki, məsələ həllini tapacaq. Alternativ infrastruktur həlli verilsə, bu çox yaxşı bir ol və vəziyyəti tarazlaşdırar. Tatev yolunu nəzərdə tuturam. Uyğun infrastruktur, texniki həll risklərin azalması deməkdir", deyə Baş nazirin müavini əlavə edib.