Ermənistan itkilərinin siyahısını yenilədi
Gündəm
15:21 27 sen, 2021
Ermənistan İkinci Qarabağ müharibəsində itkilərinin yeni siyahısını açıqladı

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında 44 günlük müharibə zamanı ölən və itkin düşənlər haqqında məlumatları ümumiləşdirib.
Qazet.az xəbər verir ki, komitənin mətbuat xidməti öz açıqlamasında 27 sentyabr 2021-ci il tarixinə 231 hərbçinin və 22 mülki vətəndaşın taleyinin naməlum qaldığını qeyd edərək, "ölən hərbçilərin və mülki vətəndaşların ümumi sayı 3781 nəfərdir" bəyan edib.
"Bu günə qədər Azərbaycan 108 hərbçini və mülki şəxsi Ermənistana qaytarıb", - acıqlamada qeyd olunur. /Virtualaz.org