Bakı 12˚C Partly sunny

Ermənistan müdafiə naziri Rusiyaya səfər edib

Siyasət 13:51 13 sen, 2021

Arşak Karapetyan Rusiyaya gedib

Ermənistan müdafiə naziri Rusiyaya səfər edib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyaya gedib. O, Nijni Novqorodda keçiriləcək "Qərb-2021" hərbi təlimlərini müşahidə edəcək.

Qazet.az verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Mulino poliqonunda Rusiya və Belarusun hərbi qüvvələrinin iştirakı ilə keçirilən “Qərb-2021” birgə strateji təlimlərinin aktiv mərhələsini müşahidə edəcək", - açıqlamada deyilir.