Ermənistan müxalifəti hakimiyyəti dəyişmək üçün küçə yürüşlərinə başlayacaq
Gündəm
16:35 04 okt, 2021
Mübarizə aparacağıq, hətta küçə mübarizəsi edəcəyik
Ermənistan müxalifəti hakimiyyəti dəyişmək üçün küçə yürüşlərinə başlayacaq.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan oktyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib.
“Mübarizə aparacağıq, hətta küçə mübarizəsi edəcəyik. Ancaq şərait yetişməlidir. Biz Ermənistanda xalqla işləməliyik. Biz hakimiyyətin dəyişməsi üçün mükün bütün vasitələrdən istifadə edəcəyik”, - o bildirib.