Bakı 24˚C Sunny

Ermənistan ordusunda başıpozuqluq: 1 ölü, 1 yaralı

Gündəm 12:10 14 sen, 2021

Ermənistan ordusunda hərbçilər arasında atışma düşüb

Ermənistan ordusunda başıpozuqluq: <span style="color:red">1 ölü, 1 yaralı</span>

Ermənistan ordusunda hərbçilər arasında atışma olub.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 13-ü saat 22:00-da cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan serjant Mkrtç Ovakimyan (1978) ölüb”, - məlumatda qeyd olunub.

Erməni mətbuatının məlumatına görə, ölən erməni hərbçi ilə yanaşı bir nəfər də yaralanıb.

Yerevan sakini 36 yaşlı Levon S. adlı şəxs güllə yarası alıb. Ölən və yaralanan hərbçilərin Ermənistanda elan edilən hərbi toplanışa çağırıldıqları və sentyabrın 10-da döyüş mövqelərinə gətirildikləri bildirilir.

Ehtiyatda olanların hərbi toplanışına cəlb edilən 42 yaşlı serjant Ovakimyanı öldürən və 36 yaşlı Levon S.-i yaralayan erməni hərçinin saxlanıldığı haqda məlumat yayılıb.