Bakı -11˚C Rain and snow

Ermənistan ordusunda özbaşınalıq: Hərbçi əsgər yoldaşını güllələyib

Gündəm 12:48 09 dek, 2021

Hadisə zamanı 2003-cü il təvəllüdlü Senik Saakyan yaralanıb

Ermənistan ordusunda özbaşınalıq: <span style="color:red">Hərbçi əsgər yoldaşını güllələyib</span>

Ermənistan ordusunda silahlı insident qeydə alınıb.

Qazet.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçu öz əsgər yoldaşına atəş açıb.

İnsident dekabrın 8-i gecə 23:50 radələrində şimal-şərq istiqamətindəki mövqedə qeydə alınıb.

Hadisə zamanı 2003-cü il təvəllüdlü Senik Saakyan yaralanıb.

Hərbçinin vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.