Ermənistan ordusunun daha bir fırıldağı - 15 milyonluq tibbi avadanlıq 700 minə satılıb
Ermənistan müdafiə nazirinin daha bir saxtakarlığı ortaya çıxıb
Ermənistanın müdafiə naziri ölkəyə hədiyyə olunan bahalı tibbi avadanlığı satmaqda ittiham olunub.
Qazet.az xəbər verir ki, bu barədə “Auroranews” məlumat paylaşıb.
Amerikada yaşayan erməni əsilli milyarder - «Prime Healthcare» şirkətinin rəhbəri Mişel Sarian iki il ərzində Ermənistana 15 milyondan artıq qiyməti olan tibbi avadanlıq göndərdiyini bəyan edib. M.Sarianın sözlərinə görə, bahalı avadanlıq həm Səhiyyə nazirliyinə, həm də Müdafiə nazirliyinə göndərilib.
«İndi mən eşidirəm ki, yanıq xəsarətləri almış əsgərlər üçün hədiyyə olunan bu texnikanı müdafiə naziri mənimsəyib, satıb. Bu texnika ölkə xaricində 700 min dollara satılıb, və pullar mənimsənib. Öz ölkəsini, öz xalqını adam nece sata bilər axı?!», - Sarian deyib.