Ermənistan Parlamenti Qarabağla bağlı məsələdən imtina etdi
Gündəm
16:28 27 okt, 2021
Ermənistan Parlamentində Qarabağla bağlı müzakirələr aparılıb
Ermənistan Parlamentində səs çoxluğu ilə “Arsax”la bağlı məsələ müzakirədən çıxarılıb.
Qazet.az erməni mediasına istinadla xəbər verir ki, bu gün Parlamentdə müxalifətdən olan “Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarının təqdim etdiyi sənəd komissiya tərəfindən qəbul edilməyib.
Ermənistan hökuməti Qarabağın onun olmadığını və heç zaman da olmayacağını dolayısı yolla ermənilərə çatdırmaq istəsə də, müxalifətçilər onları vətənə xəyanətdə günahlandırıb. “Mənim şərəfim var” blokundan deputat Anna Mkrtçyan “Vətənə xəyanət başqa cür necə olur?”, deyə parlamentarilərə sual verib.
Belə aydın olur ki, artıq Ermənistan Qarabağdan birdəfəlik əlini üzüb.