Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək
Gündəm
19:01 23 noy, 2021
Ermənistanda noyabrın 25-də Azərbaycan da daxil olmaqla ölkə sərhədlərinin demarkasiyası və delimitasiyasına dair dinləmələr keçiriləcək

Ermənistan parlamentində noyabrın 25-də Azərbaycan da daxil olmaqla ölkə sərhədlərinin demarkasiyası və delimitasiyasına dair dinləmələr keçiriləcək.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 25-də “Ermənistan” fraksiyasının təqdim etdiyi “Sərhədin delimitasiyası və demarkasiyası problemləri” layihəsi mövzusunda parlament dinləmələri keçiriləcək”, - parlamentin yaydığı bəyanatda qeyd olunur.
Məlumat üçün qeyd edək ki, “Ermənistan” fraksiyasına ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edir.