Ermənistan prezidenti 54 gün ölkədə olmayıb: Sarkisyan hara yoxa çıxıb? – Deputat
“Ermənistan” fraksiyasından olan deputatı Sarkisyanı sorğulayıb
“Ermənistan” fraksiyasından olan deputat Aqvan Vardanyan Ermənistan prezidenti Armen Sarkisyanın 54 gündür ölkədə olmadığını bəyan edib.
Qazet.az erməni mətbuatına istinadən xəbər verir ki, Aqvan Vardanyanın açıqlaması ölkədə səs-küy yaradıb:
“2021-ci il iyulun 1-dən, oktyabrın 31-dək 122 gün edir. Bunun 85-i iş günüdür. Bu 85 günün 54 gününü Armen Sarkisyan Ermənistandan kənarda keçirib” – deyə deputat bildirib.
Onun sözlərinə görə, Armen Sarkisyan bu günlərdə təxminən 7 xarici ölkədə olub:
“Baxın, prezident ən mühüm dövlət institutlarından biridir. Və əgər bu institutun ümumi xərclərinin təxminən 25-30 faizi yalnız xarici səfərlər üçün israf olunursa, o zaman məndə bu qurumun öz funksiyalarını düzgün yerinə yetirməsi ilə bağlı şübhələr yaranır” – Aqvan Vardanyan vurğulayıb.