Ermənistan prezidenti kim olacaq? – Qapalı iclas keçirilir
Gündəm
20:01 31 yan, 2022
Qapalı iclasda prezidentliyə namizədin irəli sürülməsi məsələsi müzakirə olunur

Ermənistanda hakim “Mülki müqavilə” fraksiyasının qapalı iclası keçirilir.
Qazet.az xəbər verir ki, qapalı iclasda prezidentliyə namizədin irəli sürülməsi məsələsi müzakirə olunur.
Məlumatlara görə, hakim fraksiya yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürmək istəyir. Bundan öncə baş nazir aparatının rəhbəri Araik Arutyunyanın namizədliyini irəli sürmək gündəmdə idi, lakin onunla bağlı narazılıqların olması hakim partiyanın fikrini dəyişdirməyə səbəb olub.