Bakı 4˚C Mostly sunny

Ermənistan prezidenti kraliçanın vida mərasimində bütün qaydaları pozdu

Xəbərlər 20:12 18 sen, 2022
Ermənistan prezidenti kraliçanın vida mərasimində bütün qaydaları pozdu

Ermənistan prezidenti Vaaqn Xaçaturyan  Böyük Britaniya kraliçası II Elizabetin "Westminster Hall"dakı cənazəsi qarşısında şəkil çəkdirdiyinə görə tənqid atəşinə məruz qalıb. 

"Qazet.az" "Dailymail"ə istinadən xəbər verir ki, uzun müddətdir ki, burada vida mərasimi zamanı media mənsublarından başqa heç kəsə foto və video çəkiliş həyata keçirməyə icazə verilmir. 

Özünü apara bilməyən prezidentin əməlləri bununla da bitmir. Belə ki, V.Xaçaturyan  kraliça ilə vida mərasimi zamanı köməkçiləri ilə nəinki yüksək səslə danışıb, hətta gülərək zarafat da edib.

Qeyd edək ki, Ukraynada müharibə başlayarkən Vaaqn Xaçaturyanın müttəfiqi Vladimir Putin ilə səmimi görüşlərini əks etdirən görüntüləri paylaşılmışdı.