Ermənistan prezidentindən ilginc açıqlama - "Türkiyə ilə müttəfiq ola bilərik"
Siyasət
11:24 10 noy, 2021
Ermənistan prezidenti Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılmalı olduğunu deyib
Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyi ilə bağlı açıqlama verib.
Qazet.az xəbər verir ki, o, Ermənistanın gələcəkdə Türkiyənin yanında ola biləcəyi ehtimalını qeyd edib.
Sarkisyan Rusiya mətbuatına açıqlamasında Türkiyənin onlara hörmət etməli olduğunu və iki ölkənin növbəti dövrdə müttəfiq ola biləcəyini vurğulayıb:
“Türkiyə ilə yaxşı münasibətlər qurmaq əla olardı. Mürəkkəb məsələ olsa belə, istərdim ki, Azərbaycanla bağlı problemlər həll olunsun. Çətin də olsa Türkiyə ilə münasibətlər yaxşı olmalıdır. Axı biz tarixi necə unuda bilərik?” -deyə, o bildirib.