Ermənistan Qarabağa maliyyə yardımı ayırıb
Gündəm
15:37 30 sen, 2021
Vəsait kommunal xidmətlərin ödənilməsinə evlərin bərpasına, pensiya, əmək haqları və s. ödənişlərə sərf olunacaq

Ermənistan hökuməti Qarabağa 28 milyon dollar (13,4 milyard dram) yardım ayırıb.
Qazet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, vəsait kommunal xidmətlərin ödənilməsinə evlərin bərpasına, pensiya, əmək haqları və s. ödənişlərə sərf olunacaq.
Ötən ilin noyabrından Ermənistan Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsinə 207 milyon dollar vəsait ayırıb.