Ermənistan razılığa gəlir - Azərbaycan üçün UNİKAL FÜRSƏT
3+3 platforması çərçivəsində gerçəkləşən dialoqlar regiona fayda verə bilər
"3+3 Məşvərətçi Regional Platformasının ideyası Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan və İran arasında, xüsusən də ticari və iqtisadi məsələlərlə bağlı açıq müzakirələr üçün fürsət yaratmaq idi".
Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı politoloq bildirib ki, 3+3 platforması çərçivəsində gerçəkləşən dialoqlar regiona fayda verə bilər:
"Gürcüstan Rusiya ilə davam edən gərginliyə görə platformanın bu ilk iclasında iştirak etmədi, lakin vəziyyət dəyişərsə, rəsmi olaraq dialoqa qoşula bilər. Qeyd etmək vacibdir ki, bu format ölkələr arasında bütün əsas fikir ayrılıqları üçün mütləq çıxış yolu deyil, ayrı-ayrılıqda bəzi konkret praktiki məqsədlərə toxunmaq və həll etmək imkanı verir. Məsələn, Türkiyə və Azərbaycanın Ermənistanla diplomatik əlaqələri olmasa da, Ermənistan və Türkiyə ticarət əlaqələrinin qurulması üzərində işləyirlər ki, bu da uzunmüddətli perspektivdə tam normallaşmaya gətirib çıxara bilər.
Bu cür format oyunçularla uyğunlaşdırılmış tərəfdaşlar və vasitəçilər tərəfindən asanlaşdırılan konkret addımların praktiki həyata keçirilməsi üçün açıq müzakirə və strategiyaya imkan verir. Hələ həll edilməmiş daha böyük problemlərə baxmayaraq, həll edilə bilən digər məsələ İran və Azərbaycan arasında ticarət razılaşmaları və ya bir çox digər oyunçular arasında kommersiya məsələlərinin idarə olunmasıdır. Sərhədin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması kimi daha böyük siyasi və iqtisadi narahatlıqlar, Zəngəzur dəhlizi ilə bağlı strateji ərazi mübahisələri və bu kimi məsələlər çox güman ki, kiçik ikitərəfli və ya üçtərəfli görüşlərin bir hissəsidir, lakin əsas mübahisələrin tərkib hissəsi olmayan xüsusi razılaşdırılmış konsepsiyaların icrasının təfərrüatları Cənubi Qafqaz görüşlərinin aktual mövzusudur.
3+3 formatında iştirakçı tərəflər mürəkkəb uzunmüddətli danışıqlar aparsalar belə, proseslərin arzulanan kimi davam etməsi üçün zəruri olan kotidian (fərqli) məsələlər üzrə yaxın koordinasiyaya imkan verir. Onlar bu dialoqları regiona fayda verə bilər, çünki ticarət axını davam etməli və siyasi məsələlər həll edilərkən ölkələrin vətəndaş gündəlik həyatı praktiki məsələlərlə pozulmamalıdır. Mübahisə zamanı belə, müəyyən səviyyəli ticarət, kommunikasiya və sosial və iqtisadi mübadilələr davam edir və idarə olunmalıdır. Bir neçə oyunçunun - Rusiya, Ermənistan, İran və Türkiyə arasında yerləşən Azərbaycan Gürcüstanla münasibətləri idarə etməklə yanaşı, bütün bu oyunçular arasında naviqasiyanı müəyyənləşdirə bilər.
Bu fürsət xüsusi əhəmiyyət kəsb edir, çünki bir tərəfdən bütün əsas oyunçuların bir-biri ilə mürəkkəb münasibətləri var və Azərbaycana təkcə ikitərəfli münasibətlərinin yükünü daşımaq deyil, həm də çoxtərəfli razılaşmalar labirintini idarə etmək vəzifəsi qoyulub, eyni zamanda bu, rəsmi Bakıya regional mərkəz rolunu oynayaraq müəyyən səviyyədə diplomatik, siyasi və iqtisadi vasitəçi kimi fəaliyyət göstərmək üçün unikal imkandır. Güclü regional aktorların əlaqələrindən və hərəkətlərindən müəyyən dərəcədə asılı olan kiçik bir ölkə olmasına baxmayaraq, Azərbaycan öz məqsədini doğru irəliləmək və onların bir çoxu tərəfindən vacib və arzu olunan müttəfiq kimi görünməkdən faydalanmaq niyyətindədir.
Ermənistana gəlincə, onun Azərbaycanla münasibətlərinin hələ də mürəkkəb olmasına baxmayaraq, Nikol Paşinyan Türkiyə və Azərbaycanla bağlı müəyyən məsələlərdə güzəştə getmək və ya müsbət cavab vermək istəyini nümayiş etdirib. Açıq regional müzakirəyə daxil olmaq dərhal İrəvana öz qonşuları ilə konstruktiv və ləyaqətli rol oynamağa imkan verəcək, digər tərəfdən şüarlar və bəhanələr arxasında gizlənmək, məhəl qoymamaq, rədd etmək və ya çəkinməkdənsə, əsas məsələlər üzrə məşğul olmağa, birbaşa cavab verməyə stimul verəcək".