Bakı 15˚C Mostly sunny

"Ermənistan revanş cəhdlərinin qarşısını almayıb" - İlham Əliyev

Siyasət 13:37 15 dek, 2021

 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib

"Ermənistan revanş cəhdlərinin qarşısını almayıb" <span style="color:red">- İlham Əliyev</span>

"Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır” - dövlət başçısı bildirib.

Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün ikinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.