Bakı 6˚C Dreary

Ermənistan Səhiyyə Nazirliyi dinc əhali arasında itkilər barədə məlumat almayıb

Xəbərlər 08:01 13 sen, 2022
Ermənistan Səhiyyə Nazirliyi dinc əhali arasında itkilər barədə məlumat almayıb

Ermənistan Səhiyyə Nazirliyində Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində mülki əhali arasında itkilərin olması barədə məlumat yoxdur.

Qazet.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

“İndiyədək Ermənistan Respublikası vətəndaşları arasında itkilər barədə məlumat olmayıb”, - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan tərəfi guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə məlumat yayıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi məlmatları təkzib edib.

Qeyd olunub ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib:

“Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı”.