Ermənistan sərhəddəki toqquşma ilə bağlı Rusiyadan yardım istədi
Ermənistan 1997-ci ildə imzalanmış Rusiya-Ermənistan müqaviləsini əsas gətirərək yardım istəyib
Rəsmi İrəvan sərhəddə baş verən toqquşma ilə bağlı Moskvaya müraciət edib.
Qazet.az xəbər verir ki, 1997-ci ildə imzalanmış Rusiya-Ermənistan müqaviləsini əsas gətirərək Ermənistan yardım istəyib.
Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına danışıb.
“Ermənistanın suveren ərazisinə hücum edildiyini vurğulamağı vacib hesab edirik. Biz Rusiyaya Ermənistanın ərazi bütövlüyünü Ermənistan və Rusiya arasında 1997-ci il tarixli mövcud müqavilə çərçivəsində müdafiə etmək çağırışı ilə müraciət edirik", -deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, müqavilənin qüvvəyə minməsi üçün yazılı prosedur da olacaq: “Biz ictimaiyyəti və tərəfdaşlarımızı bu prosesə başladığımızı bildirmək istəyirik. Biz Rusiyanın dəstək verəcəyini gözləyirik və Ermənistanın ərazi bütövlüyünü bərpa etmək imkanımız olacaq”.