Ermənistan silahlı qüvvələri dörd rayon istiqamətində mövqelərimizi atəşə tutub - RƏSMİ
Müdafiə Nazirliyi məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən etibarən noyabrın 16-ı saat 04:30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Qazet.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.