Ermənistan tərəfindən döyüşən muzdluların kimliyi MƏLUM OLDU
“Ermənilər 30 il bundan qabaq da Azərbaycana qarşı təcavüz ediblər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə ermənilər muzdlu döyüşçülərdən istifadə ediblər”.
Qazet.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bununla bağlı onlarda konkret faktlar var: “Muzdluların şəxsiyyəti bizə bəllidir. Onların bir çoxu xarici ölkə vətəndaşlarıdır. Bununla bağlı Baş Prokurorluq tərəfindən onlara vəsatətlər göndərilib. Bu sahədə gördüyümüz işlər davam etdirilir”.
Baş prokuror qeyd edib ki, həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır: “Burada bir az çətinliklər, mürəkkəbliklər var. Onlar ekstradisiya edilməsi ilə bağlı problemlər var. Təəssüf ki, bəzi ölkələr bununla bağlı əməkdaşlıq eləmək istəmirlər. Amma bilirsiniz ki, Xocalı dövründə olan, Birinci Qarabağ müharibəsində iştirak etmiş cinayətkarları Vətən Müharibəsindən sonra tutub məhkəmə məsuliyyətinə cəlb etdik. Real olaraq onların məhkəmə kürsüsündə mühakimə olunmaqlarını təmin etdik. Digərlərinə bu cür mühakimə edəcəyik. Qeyd etmək istəyirəm ki, bizim başlatdığımız cinayət işləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində biz onları istifadə edirik. Biz sübutları onlara təqdim etmişik. Ermənistanın bir dövlət kimi siyasətinin zidd olduqlarını biz sübut edirik”.