Bakı 34˚C Sunny

Ermənistan təyyarələri Avropaya Türkiyə ərazisi ilə uçur

Gündəm 14:46 15 iyl, 2022

Qara dənizdən uçaraq getmək mümkün deyil

Ermənistan təyyarələri Avropaya Türkiyə ərazisi ilə uçur

İndi Avropaya Türkiyə ərazisi ilə uçuruq, çünki Ukraynadakı münaqişəyə görə Qara dənizdən uçaraq getmək mümkün deyil.

Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “FlyOne Armenia” şirkətinin rəhbəri Aram Ananyan deyib.

O, Lion və Parisə uçmaq üçün Türkiyənin hava məkanından istifadə ilə bağlı məsələnin həll olunduğunu, Türkiyə ərazisindən İrəvandan Livana uçuş icazəsi ilə bağlı müraciətə isə cavab gözlədiklərini qeyd edib.