Bakı 17˚C Partly sunny w/ showers

Ermənistan Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu

Gündəm 13:18 18 noy, 2021

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Ermənistan Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.